Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur
Bir ölkədə üç de-fakto Prezident ola bilməz.
TNS xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident qalacağını deməsinə münasibət bildirərkən deyib.
“Bir ölkədə üç de-fakto prezident ola bilməz. O, (Salome Zurabişvili) özünü Abxaziya və Cənubi Osetiyia “prezidenti” səviyyəsində tutur. Biz bunu sadəcə olaraq ciddi qəbul edə bilmərik. Dekabrın 29-da o ofisini tərk etməli olacaq və seçilmiş Prezident Mixeil Kavelaşvili ilə əvəzlənəcək”, - Kobaxidze deyib.
Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən Prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.