İsrail təmsilçiləri danışıqlar üçün Dohaya getdi
İsrailin nümayəndə heyəti girovların dəyişdirilməsi və atəşkəs razılaşması ilə bağlı danışıqlar aparmaq üçün Dohaya gedib.
TNS-in xəbərinə görə, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.
Adının açıqlanmasına istəməyən hökumət yetkilisi KAN TV-yə bildirib ki, Dohaya gedən nümayəndə heyəti məhdud səlahiyyətlərə malikdir.
İsrail rəsmisi Tel-Əvivin bu ay ərzində atəşkəs və girov mübadiləsi razılaşmasına nail olmağa çalışdığını, müqavilənin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından əvvəl qüvvəyə minə biləcəyini iddia edib.
Xəbərdə o da bildirilib ki, son vaxtlar tərəflər arasında aparılan danışıqlarda ciddi irəliləyiş var.