Close

İsrail Dohada Qəzza zolağına dair razılaşmanı müzakirə edir

İsrailin nümayəndə heyəti Dohadadır və Qətər vasitəçiləri ilə Qəzza zolağında münaqişənin həlli üçün HƏMAS hərəkatı ilə razılaşmanın şərtlərini müzakirə edir.

TNS xəbər verir ki, bu barədə “Reuters“ agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə dair sazişin qalan detallarını müzakirə etmək üçün Qətər vasitəçiləri ilə işçi səviyyəli danışıqlar aparır.

Tərəflər mayın 31-də ABŞ prezidenti Co Baydenin şərtlərini irəli sürdüyü Qəzza razılaşması ilə bağlı İsrail və HƏMAS arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.