Close

Küçədə siqaret çəkmək qadağan edildi – Cəriməsi bu qədərdir

İtaliyanın Milan şəhərində 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkmək qadağan ediləcək.

TNS xəbər verir ki, qadağaya əməl etməyənlərə 40-240 avro arasında cərimələr tətbiq olunacaq.

Küçədə siqaret çəkməyə yalnız digər insanlarla arada azı 10 metr məsafə olduqda icazə verilir.

Bu, Milan bələdiyyəsinin 2021-ci ildən tətbiq etdiyi siqaret qadağasının növbəti mərhələsidir. İndiyədək avtobus dayanacaqlarında, parklarda və idman obyektlərində siqaret çəkmək qadağan idi.

Qərara etiraz edən İtaliya Tütün Dərnəyi Milan Bələdiyyəsinin belə bir qadağanı tətbiq etmək səlahiyyətinin olmadığını əsas gətirərək, qurumu məhkəməyə verib.