16 yaşlı oğlan ailəsinin 4 üzvünü öldürdü
16
09:48 - 17 Dekabr 2024
ABŞ-ın Nyu Meksiko ştatında yaşayan 16 yaşlı Leyva gecə saatlarında polisə zəng edərək ailəsini öldürdüyünü deyib.
TNS xəbər verir ki, polis hadisə yerinə gələndə Leyva əllərini havaya qaldırıb və "son dərəcə sərxoş vəziyyətdə" evdən çıxıb.
Evə baxış zamanı mətbəx masasının üzərindən t*pança və 4 ailə üzvünün m*yiti tapılıb.
Polis Leyvanın dörd q*tl ittihamı ilə tutulduğunu və yetkinlik yaşına çatmış kimi mühakimə olunmaq üçün həbsxanaya göndərildiyini açıqlayıb.