Close

11:00
17 Dekabr 2024

Moskvada general və köməkçisi öldürüldü

Dekabrın 17-də səhər saatlarında Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.

TNS xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb. 

Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumata görə, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

Hadisənin yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilib.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.