Close

Ukrayna “Lukoyl” terminalına hücum etdi

Dekabrın 12-də axşam hava hücumundan müdafiə sistemi Leninqrad vilayətindəki “Vısotsk Lukoyl-II” neft terminalı üzərində pilotsuz uçan aparatı vurub.

TNS xəbər verir ki, bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bu, “Baba Yaqa” tipli kəşfiyyat aparatı olub. Onun dağıntıları kompleksin yaxınlığındakı Fin körfəzinə düşüb. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb.