Close

“Nüvə beşliyi” bir araya gəldi

Dubayda “nüvə beşliyinə” daxil olan ölkələrin - Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyanın nümayəndələrinin görüşü olub.

TNS “Kommersant”a istinadən xəbər verir ki, görüş dekabrın 4-də baş verib, lakin Çin Xarici İşlər Nazirliyi bunu yalnız dekabrın 10-da açıqlayıb.

Bəyanatın dərcində yaranan bu boşluq təşkilata üzv dövlətlərin kommünike üzərində razılığa gəlməsi üçün uzun müddət tələb etməsi ilə bağlıdır.

Bu, Çinin “nüvə klubu” formatında illik sədrliyi çərçivəsində ilk tam hüquqlu məsləhətləşmələr olub.

Nəşrin qeyd edib ki, 2022-ci ilə qədər belə tədbirlər sədrlik edən ölkələrin paytaxtlarında keçirilirdisə, o vaxtdan bəri üçüncü ölkələrdə və ya BMT-nin obyektlərində keçirilir.

Qeyd edək ki, oktyabrda Rusiya Xarici İşlər Nazirliyi Qərbin destruktiv siyasətinin nüvə gücləri arasında birbaşa hərbi toqquşma təhlükəsi yaratdığını və dünyada nüvə təhlükəsinin səviyyəsini ciddi şəkildə artırdığını bəyan edib.