Close

05:44
12 Dekabr 2024

Ukraynalılar istəməsə də Qərb bunu edəcək

Qərb ukraynalıların özlərinin istəməməsinə baxmayaraq, müharibə başa çatdıqdan sonra da Volodimir Zelenskini Ukrayna prezidenti postunda saxlaya bilər.

TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo bildirib.

Siyasətçinin sözlərinə görə, Zelenski Qərbin göstərişi ilə artıq yeni seçki müddəti üçün seçkilərə hazırlaşmağa başlayıb.

“O seçilməyəcək, lakin onu yenidən prezident edə bilərlər",- Saldo deyib.

O hesab edir ki, Ukrayna ərazisini bölmək olar, çünki Polşa qərb bölgələrinə iddialıdır.