Milorad Dodik xəstəxanaya yerləşdirilib
6
23:47 - 08 Dekabr 2024
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.
TNS xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.
Məlumata görə, dekabrın 8-də günorta saatlarında o, Belqradda müayinə olunub, daha sonra ilkin diaqnoza əsasən, qida borusu və mədəsində cərrahiyyə əməliyyatı nəzərdə tutulub.
Digər təfərrüatlar hələ açıqlanmır.