Bayden: "Bu, Suriya üçün tarixi bir fürsətdir"
Bəşər Əsəd hakimiyyətinin süqutu Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Suriyadakı son hadisələrlə bağlı açıqlamasında deyib.
“Suriyadakı 13 illik vətəndaş müharibəsindən, Əsəd ailəsinin yarım əsrdən çox davam edən avtoritar idarəçiliyindən sonra müxalif qüvvələr Əsədi vəzifəsindən istefa verməyə və ölkədən qaçmağa məcbur ediblər. Biz onun harada olduğundan əmin deyilik, lakin onun Moskvada olduğu xəbəri var. Nəhayət Əsəd hakimiyyəti devrildi. Bu hakimiyyət yüz minlərlə günahsız suriyalını vəhşicəsinə, işgəncələrə məruz qoyaraq öldürüb. Bu, uzun müddət əziyyət çəkən Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir”, - deyə o bildirib.