Close

13:01
26 Dekabr 2024

Rusiyada güclü zəlzələ oldu

Şimali Kuril adalarının (Rusiya) sahillərində güclü zəlzələ qeydə alınıb.

TNS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yeraltı təkanların gücü 6,1 bal olub. Təbii fəlakətin episentri Oxot dənizində olub.

Semyonovanın sözlərinə görə, zəlzələnin mənbəyi 291 km dərinlikdə və Matua adasından 86 km məsafədə yerləşib.