“Əsədin devrilməsi İranın şər oxuna ağır zərbədir”
Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir.
TNS xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz öz "X" hesabında paylaşım edib.
"Osminoqun qolları bir-bir kəsilir. Biz Colan təpələrindəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdə qərarlı olduğumuzu açıq şəkildə söyləmək istəyirik," - o bildirib.
"Nazirlər Kabinetinin razılığı ilə mən və Baş Nazir İsrail ordusuna Colan Təpələrindəki bütün İsrail yaşayış məntəqələrinin digər tərəfdən təhdidlərə qarşı mühafizəsini təmin etmək məqsədilə bufer zonanı və nəzarət nöqtələrini ələ keçirməyi tapşırdıq.
Biz nə Colan təpələrində, nə də başqa yerdə 6 oktyabrdakı vəziyyətin yenidən yaşanmasına imkan verəcəyik," müdafiə naziri fikrini yekunlaşdırıb.