Suriyanın Baş naziri Əsədin harada olduğunu bilmir
Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali hökumətin Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayıb.
TNS xəbər verir ki, bunu siyasətçi “Al Arabiya”ya deyib.
O bildirib ki, Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir.
Onun sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir söyləyib ki, hökumət qüvvələrinə tabe olan respublikanın Müdafiə Nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.
Baş nazir vurğulayıb ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə əlaqəli deyil.