Close

13:01
26 Dekabr 2024

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti aldı - YENİLƏNİB

Suriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.

TNS xəbər verir ki, bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.

“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib”, - deyə o bildirib.

Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.

Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.

11:09

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rabitə naziri məlumat verib.