Suriya Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb
13
09:00 - 08 Dekabr 2024
Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.
TNS xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.