Taxtda oturdu və həbs edildi
Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyində eksponat taxtda oturan ziyarətçi saxlanılıb.
TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzrə özəl mühafizə departamenti məlumat yayıb.
Məlumata görə, mühafizəçilər təhlükəsizlik kameralarından bir nəfər ziyarətçinin Feldmarşal zalında taxtda oturduğunu, daha sonra 1812-ci ilin Hərbi Qalereyasındakı eksponatlardan birini sökməyə çalışdığını aşkarlayıblar.
Məlumat dərhal muzeyi qoruyan Rusiya Qvardiyasının əməkdaşlarına ötürülüb. 39 yaşlı Moskva vilayəti sakini saxlanılıb və polis bölməsinə aparılıb.