Close

13:01
26 Dekabr 2024

İordaniya Suriya ilə sərhədi bağladı

İordaniyanın daxili işlər naziri Mazen əl-Faraya Suriyanın Dəra şəhərindən 15 km cənubda yerləşən Suriya ilə sərhəddə yerləşən “Nəsib” nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.

TNS xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar qəbul edilib.

Daha əvvəl “Reuters” agentliyi Suriya ordusundakı mənbəyə istinadən xəbər vermişdi ki, İordaniya və Suriya sərhədində yerləşən “Nəsib” keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub. Agentliyin həmsöhbətinin sözlərinə görə, onlarla sərnişin və yük maşını ərazidə qalıb.

“Əl-Hədat”ın mənbələri isə silahlıların keçid məntəqəsinin Suriya tərəfindəki hissəsinə nəzarəti ələ keçirdiklərini yazır. Mazen əl-Faraya bildirib ki, İordaniya yük maşınlarının keçid məntəqəsi vasitəsilə İordaniyaya qayıtmasına icazə veriləcək, lakin əks istiqamətdə çıxış bağlanıb.