Rumıniyada prezident seçkisinin nəticəsi ləğv edildi
13
19:40 - 06 Dekabr 2024
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticəsini ləğv edib.
TNS xəbər verir ki, Rumıniyanın "Digi24" telekanalı məlumatı rəsmi mənbələrə istinadən yayıb.
Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.