Putinin mətbuat konfransında yenilik: suallar bu üsulla seçiləcək
Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin geniş mətbuat konfransı keçirəcək.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml vətəndaşların qaynar xəttə suallarını emal etmək üçün süni intellektdən (AI) istifadə edəcək. Bunun üçün iOS-da xüsusi proqram üzərində işlənilir.
“Rusiya prezidentinin builki mətbuat konfransı yenidən “Vladimir Putinlə ilin yekunları” adı altında keçiriləcək. Dekabrın 8-nə keçən gecə suallar toplusu açıqlanacaq”,-Peskov qeyd edib.
Mətbuat katibi Rusiya liderinin mətbuat konfransına xarici KİV-in də dəvət olunduğunu əlavə edib.