Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

KTMT Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd almayıb

Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla KTMT arasında münasibətlərin dönüşü olmayan nöqtədə olduğunu deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.

TNS xəbər verir ki, bu barədə “NEWS.ru”ya diplomatik mənbə bildirib.

“KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb. Paşinyanın nədən danışdığını heç kim bilmir”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib. Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz hal alıb.