Gürcüstanda polis müxalif koalisiyasının ofisində çox sayda pirotexnika müsadirə etdi
Gürcüstanda polis müxalif “Dəyişiklik Koalisiyası”nın ofisində aparılmış axtarış zamanı çox sayda pirotexnika müsadirə edib.
TNS xəbər verir ki, bu barədə koalisiyanın liderlərindən olan Qiqa Lemoncava bildirib. O, polisin ofisdən fişənglər və yumurtaları müsadirə etdiyini qeyd edib.
Lemoncava pirotexniki vasitələrin aksiyalarda polisə qarşı istifadə üçün əldə edildiiyini qeyd edib.
“Şəxsən mən tam məsuliyyətlə deyirəm ki, bu ofisdə dəftərxana ləvazimatlarından tutmuş fişənglərə qədər müsadirə edilən istənilən əşyadan vətəndaş müqaviməti prosesində istifadə olunur, çünki bu, zorakı Rusiya rejimidir”, - Limoncava qeyd edib.