Gürcüstanın əsas müxalifət koalisiyasının lideri həbs edildi - YENİLƏNİB - VİDEO
Gürcüstanın əsas müxalifət koalisiyasının lideri Nika Qvaramia təcridxanaya köçürülüb.
TNS yerli KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyindən Qvaramiyanın vəziyyətinin stabil olduğu və klinikaya köçürülməsinə ehtiyac olmadığı bildirilib.
Qvaramianın Tbilisidəki Diqomi təcridxanasına köçürüldüyü, onun vəkilinin işlə məşğul olduğu qeyd olunub.
17:31
Gürcüstanın əsas müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.
TNS xəbər verir ki, məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, “Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.
Qeyd edək ki, polis bir neçə saat əvvəl bir sıra müxalifət partiyalarının və təşkilatlarının ofisinə daxil olaraq axtarış aparıb. Qvaramiyanın “Droa” partiyasının ofisində axtarış zamanı polislə fiziki qarşıdurma səbəbilə həbs edildiyi qeyd edilib.
Polisin bundan başqa bir neçə ictimai fəalı saxladığı bildirilir.