ABŞ yenə Suriyanı vurdu - Texnikalar məhv edildi
ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) bağlı qüvvələr Suriyada hərbi əməliyyat keçirib.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
“CENTCOM qüvvələri bu gün səhər saatlarında Fərat Hərbi Dəstək Bölgəsi ətrafında ABŞ və koalisiya qüvvələrinə təhlükə yaradan 3 pikap maşınına quraşdırılmış raket buraxan qurğu, 1 ədəd T-64 tankı, 1 ədəd PDM və minatan da daxil olmaqla, müxtəlif silah sistemlərini uğurla məhv edib”, - məlumatda bildirilib.
Eyni zamanda qeyd olunub ki, sözügedən əməliyyatın Suriyanın şimal-qərbində baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur:
“Buna baxmayaraq, regionda baş verən son prosesləri yaxından izləməyə davam edirik”.
Qeyd edək ki, ötən gün axşam da ABŞ qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsində “özünümüdafiə məqsədilə” açıqlanmayan hədəfə zərbə endirmişdi.