"İstefa vermək niyyətində deyiləm"
30
23:30 - 03 Dekabr 2024
"Hökumətə etimadsızlıq göstərilsə belə, səlahiyyət müddətim başa çatanadək istefa vermək niyyətində deyiləm".
TNS xəbər verir ki, bunu "LCI" telekanalına müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.
Makron böyük ehtimalla Milli Birlik Partiyasının lideri Cordan Bardellanın başçılığı ilə qurulması gözlənilən yeni hökumətin məhz xalqın iradəsini əks etdirəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2017-ci ildən hakimiyyətdə olan 47 yaşlı E. Makron 2022-ci ildə bu vəzifəyə növbəti dəfə seçilib.
Onun səlahiyyət müddəti məhz 2027-ci il mayın 13-də başa çatır.