"İran Suriyaya qoşun göndərə bilər"
16
22:52 - 03 Dekabr 2024
"İran Suriyaya qoşun göndərə bilər".
TNS xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Arabi əl-Cədid" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.
Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
XİN başçısı onu da əlavə edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil:
"Belə bir dialoq üçün heç bir əsas yoxdur".