Cənubi Koreyada müxalifət lideri prezidentin əmrlərinə tabe olmamağa çağırdı
21
22:21 - 03 Dekabr 2024
Cənubi Koreya müxalifətinin lideri Li Çje-Mön hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb.
TNS xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.
“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” - Li Çje-Mön qeyd edib.
O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.