Cənubi Koreyada hərbi vəziyyət elan edildi
53
17:47 - 03 Dekabr 2024
Cənubi Koreya prezidenti Yoon Suk Yeol hərbi vəziyyət elan edib
TNS xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.
O ölkə müxalifətini Parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini, və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.