Hakim partiya Qaribaşvilinin istefası ilə bağlı xəbərlərə münasibət bildirib - YENİLƏNİB
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası İrakli Qaribaşvilinin istefası ilə bağlı xəbərlərə münasibət bildirib.
TNS xəbər verir ki, “Gürcü Arzusu” yaydığı məlumatda partiyanın sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
18:35
Keçmiş Baş nazir İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edib.
TNS xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
16:41
“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edir.
TNS xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “TvPirveli” kanalı yayıb.
Kanalın yaydığı məlumata əsasən, sözügedən məsələni Qaribaşvilinin yaxın ətrafı təsdiqləyib. Məlumatda deyilir ki, o, bizneslə məşğul olmaq üçün bu addımı atmağa hazırlaşır.
"Gürcü Arzusu”nun rəhbərləri Qaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməsini xahiş edirlər.
Qaribaşvilinin isə nə qərar verəcəyi məlum deyil.