Gürcüstanın Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
TNS yerli KİV-ə istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
"Xeyr, əlbəttə ki. Heç bir danışıq olmayacaq", - baş nazir müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi bəyanat olub.