İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir
7
19:11 - 02 Dekabr 2024
İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir.
TNS İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı zamanı deyib.
O, İranın Suriyaya sarsılmaz dəstəyini vurğulayıb.
İran lideri söyləyib ki, ölkəsi böhranın həlli istiqamətində Suriyaya kömək etməyə hazırdır.
O, həmçinin İranın Suriyadakı hadisələri fəal şəkildə izlədiyini diqqətə çatdırıb.
Suriya Prezidenti isə İranın davamlı dəstəyini yüksək qiymətləndirdiyini söyləyib.