Close

18:50
02 Dekabr 2024
18:20
02 Dekabr 2024

17 yaşlı ana körpəsinin ürəyini kəsdi və həyətdə basdırmaq istərkən...

ABŞ-də 17 yaşlı ana yeni doğulmuş körpəsinin ürəyini kəsib və həyətdə basdırmaq istərkən yaxalanıb.

TNS “Daily Mail”ə istinadən xəbər verir ki, yeniyetmənin cinayət əməlini öz qohumu aşkarlayıb.

Qızın özünün dediyinə görə, o, öz çarpayısında doğub, bundan sonra göbək bağını kəsmək istərkən körpəni yaralayıb. Daha sonra o, bıçaqla övladının ürəyini kəsib və həyətdə basdırmaq istərkən qohumu onu görüb.

Polislər hadisə yerinə çatanda körpə sağ olsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yeniyetmə dərhal həbs edilib və hadisənin tam olaraq nədən qaynaqlandığını müəyyən etmək üçün araşdırma başladılıb.