Close

İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər

İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın "Kətaib Hizbullah" və "Fatimiyyun" dəstələri Suriya ərazisinə daxil olub.

TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məlumata görə, həmçinin "Həşdi-Şəəbi" qüvvələrinin də Suriyanın şərqindəki Əl-Bukamal yaxınlığındakı ərazilərdən keçdiyi görünüb.

Qeyd olunub ki, yaraqlılar yardımçı qüvvə kimi yerləşdirilmək üçün Suriyanın şimal cəbhələrinə göndərilirlər.

Xatırladaq ki, bir neçə gün öncə Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələr Hələb və İdlib şəhərində nəzarəti ələ keçiriblər.