Close

Erməni deputatlar Paşinyan və Mirzoyanı məhkəməyə verdilər

Ermənistanda bir qrup müxalifət deputatı məhkəməyə müraciət edərək Xarici İşlər Nazirliyi və ölkə hökumətini onlara Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq imkanı verməyi tələb ediblər.

TNS xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Deputatlar xarici işlər nazirinin 14 mart 2024-cü il tarixli qərarının qeyri-legitim kimi tanınmasını tələb edirlər. Bu qərarla onlara Azərbaycanla sülh müqaviləsi ilə tanış olmaq qadağan edilib.

Məlumata görə, məhkəmə iddianı qəbul edib. Baxış iclası 2025-ci il yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, oktyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə Azərbaycanla sülh müqaviləsi layihəsi ilə tanış olmağı qadağan etdiyini açıqlayıb.