Gürcüstan Prezidentindən Batumi sakinlərinə çağırış- Təzyiq göstərin
Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin (KM) binasının yerləşdiyi Batumi şəhərinin sakinlərinə müraciət edərək, onları quruma təzyiq göstərməyə çağırıb.
TNS xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.
“Biz təkcə konstitusiya çərçivəsində qalmırıq, lakin bu axşam Batumidə başlayacaq ilk şey Konstitusiya Məhkəməsinə təzyiqdir”, - deyə siyasətçi qeyd edib.
O, əlavə edib ki, Konstitusiya Məhkəməsi respublika parlamentinə keçirilən son seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı iddiaya baxılması üçün iclasın vaxtını hələ təyin etməyib.