Close

09:47
02 Dekabr 2024
09:24
02 Dekabr 2024

Zurabişvili Ukraynadakı muzdluların mitinqdə iştirakına münasibət bildirib

Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən gürcü muzdluların Tbilisidə müxalifətin etiraz aksiyalarında planlaşdırılmış iştirakı ilə bağlı xəbərlər təxribat xarakterlidir.

TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Mən müxtəlif formada mesajlar aldım ki, guya gürcü hərbçiləri Ukraynadan gəliblər və bu etiraz aksiyasına hərbi qulluqçu kimi qoşulmağa hazırlaşırlar. Bu, birbaşa təxribatdır, buna inanmayın”, - Zurabişvili bildirib.

Onun sözlərinə görə, bu şayiələr hakim “Gürcü arzusu” partiyasını çox narahat edən aksiyanı gözdən salmaq üçün yayılır.