Bəşər Əsəddən açıqlama: "Dostlarımızın köməyi ilə..."
49
00:39 - 01 Dekabr 2024
Suriya dost və müttəfiqlərinin köməyi ilə öz ərazi bütövlüyünü müdafiə etməyə və terrorçuları məhv etməyə davam edəcək.
TNS xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı zamanı deyib.
Suriya liderinin ofisinin “X” hesabında yayılan məlumata görə, Əsəd və onun əmirlik həmkarı arasındakı dialoq zamanı tərəflər Suriyadakı son hadisələri, eləcə də bir sıra regional məsələləri müzakirə ediblər.