Close

“Bəziləri deyir ki, mən atamdan fərqliyəm”- Prezidentin oğlundan açıqlama

Mən atama müxalif ola bilmərəm, çünki "onun mütləq surətiyəm".

TNS xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay BelTA agentliyinə müsahibəsində müxalifətçi olması ilə bağlı şayiələrə münasibət bildirərkən deyib.

“Bəziləri deyir ki, mən atamdan fərqliyəm. Amma bu adamlar ya məni tanımırlar, ya da atamı. Təbii ki, tez-tez fikrimi bildirirəm. Ona görə də məni “müxalifətçi” adlandırmaq olar”, - Nikolay qeyd edib.

Qeyd edək ki, Belarus lideri daha əvvəl kiçik oğlu Nikolayın onu mehribanlıqla tənqid edə biləcəyini bildirib.

Belarus Prezidentinin üç oğlu var - Viktor, Dmitri və Nikolay. 19 yaşlı Nikolay daha çox atası ilə rəsmi tədbirlərdə görünür.