Close

Bəşər Əsəd bu ölkəyə qaçıb

Suriyada silahlı müxalif qruplar Hələb və İdlibi qısa müddətdə ələ keçirərkən, rejim ordusu şəhərləri tərk etməyə başlayıb.

TNS haberler.com-a istinadən xəbər verir ki, müxalifətin irəliləyişini dayandıra bilməyən Prezident Bəşər Əsədin Rusiyaya qaçdığı iddia edilir.

Məlumata görə, Kremldən Suriya liderinin kömək ümidi ilə tələsik Moskvaya gəlməsi ilə bağlı yayılan xəbərlərlə bağlı "Şərh yoxdur" açıqlaması verilib.

Kremlin sözçüsü Dmitri Peskov Bəşər Əsədin Rusiyaya gəlib-gəlməməsi ilə bağlı sualı cavabsız qoyub: “Bu məsələ ilə bağlı açıqlamam yoxdur.”