Orbandan sülh proqnozu
4
01:23 - 27 Noyabr 2024
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsi həll olunarsa, 2025-ci il fantastik il olacaq.
TNS xəbər verir ki, Orban bu barədə sosial media hesabında paylaşım edib.
“2025-ci il sülh ili olarsa, fantastik olacaq! Biz hazırıq”.
Qeyd edək ki, Baş nazir daha əvvəl 2025-ci il üçün 3-5 faiz iqtisadi artımı və əhaliyə sosial dəstək tədbirlərini nəzərdə tutan “dinc vaxt” büdcəsini açıqlamışdı.
Orban həmçinin bildirib ki, ölkə siyasət və ideologiyadan daha çox iqtisadi faydanın üstünlüyünə əsaslanan neytrallığı hədəfləyir.