Bayden: "İsrail və “Hizbullah” Livanda atəşkəs barədə razılığa gəlib"
İsrail və "Hizbullah" Livanda atəşkəs sazişinin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden təsdiqləyib.
"Mən indicə İsrailin və Livanın baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onların hökumətləri ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul edib", - deyə Bayden Ağ Evin bağçasında çıxışı zamanı deyib.
Bayden qeyd edib ki, İsrail və “Hizbullah” arasındakı saziş Livan ordusunun 60 gün ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.