Close

23:01
26 Noyabr 2024

G7 ölkələri də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken mətbuat konfransında bildirib.

“Keçən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı sanksiyalar tətbiq etdi. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - Blinken qeyd edib.

Dövlət katibinin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.

Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı ABŞ ilə daim əlaqə saxlayır.