Close

23:01
26 Noyabr 2024

"Müdafiə naziri istefa verməlidir, o, bacarıqsızdır"

Ukraynanın müdafiə naziri Rustem Umerovun istefası haqqında qərar layihəsi Ali Radada qeydə alınıb.

TNS xəbər verir ki, Ukrayna parlamentinin saytında yerləşdirilən sənədin müəllifi Radanın deputatı Aleksey Qonçarenkodur.

"Umerov istefa verməlidir. İşdən çıxarıldıqdan sonra ona cinayət işi açılmalıdır”,- deputat daha sonra “Telegram”da yazıb.

O, Ukraynada qüsurlu döyüş sursatlarının istehsal olunmasına görə Umerovun məsuliyyət daşıdığını bildirib: “Pul ayrılıb. Amma istehsal olunan sursatlar qüsurludur. Müdafiə naziri nə ilə məşğuldur? Mən bunu onun təyinatından bir-iki ay sonra demişəm- o, bacarıqsızdır. O, dərhal işdən azad edilməlidir. Belə təyinatlara görə biz uduzuruq”.

Çərşənbə axşamı məlum olub ki, Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bölmələrində qüsurlu120 mm-lik mina partiyası ələ keçirib.

Bundan əvvəl Ukrayna mətbuatında Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ukroboronprom”un istehsal etdiyi keyfiyyətsiz 120 mm-lik minalardan şikayətləndiyi barədə məlumatlar yayılıb.