Rusiyadakı Britaniya diplomatı akkreditasiyadan məhrum edilib
7
16:04 - 26 Noyabr 2024
Böyük Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Prayor Rusiyaya daxil olarkən yalan məlumatlar göstərdiyinə görə akkreditasiyadan məhrum edilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.
TNS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Qeyd olunub ki, onun işində kəşfiyyat fəaliyyətinin əlamətləri aşkar edilib.
Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniyanın Moskvadakı səfiri Naycel Keysinin XİN-ə çağırıldığını bildirib.