Close

İsrail və Hizbullah arasındakı razılaşmanın ŞƏRTLƏRİ

ABŞ-nin vasitəçiliyi ilə baş tutan İsrail-Hizbullah razılaşmasının detalları üzə çıxıb.

TNS xəbər verir ki, bu barədə Kanal 12 məlumat yayıb.

Məlumata görə, müqaviləyə aşağıdakılar daxildir:

Qarşılıqlı atəşkəs;

İsrail ordusu Livanda 60 günə qədər qala bilər;

Livan ordusunun yerləşdirilməsi zamanı İsrail hərbçiləri ölkədən çıxacaq;

Livanın cənubunda sərhəd bufer zonası yoxdur və cənub Livanın sakinləri evlərinə qayıda bilərlər;

Livan hökuməti Livanda bütün silah alışına və istehsalına nəzarət edəcək;

Sazişin icrasına nəzarət edən beynəlxalq quruma ABŞ rəhbərlik edəcək, Fransa da bu qrupa daxil ediləcək;

Kanal 12 xəbər verir ki, baş nazirin rəhbərlik etdiyi dünənki təhlükəsizlik məsləhətləşmələrində qeyri-müəyyən strateji təsirlər, Donald Trampın ABŞ prezidentliyinə tezliklə qayıdışı və silah transferləri ilə bağlı məsələlər nəzərə alınmaqla siyasətçilər və müdafiə qurumunun üzvləri sövdələşməni demək olar ki, yekdilliklə dəstəkləyiblər.

Həmin görüşdə Baş nazir Benyamin Netanyahunun bu razılaşmanın HƏMAS-ı təcrid vəziyyətinə salacağı və girovlarla bağlı razılaşma şansını artıracağını dediyi qeyd olunub.