Close

07:52
26 Noyabr 2024

İranda hərbi qüvvələr dinc vətəndaşı güllələyiblər

İranın Xürrəmabad şəhərində hərbi qüvvələrin qanunsuz atəş açması nəticəsində mülki şəxs həlak olub.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Təşkilatı (HRANA) istinadla xəbər verib.

Bildirilir ki, öldürülən şəxs 36 yaşında olub. Onun qaçaqmalçılıq etdiyi iddia olunur.