Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaranıb
Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz aksiyasının keçirildiyi parlament binası yaxınlığında etirazçılarla polis arasında qarşıdurma yaranıb.
TNS xəbər verir ki, etirazçılar dəstələr şəklində parlament binasına doğru getməyə çalışsalar da, polis onlara icazə verməyib.
Etirazçıların bir neçə avtomobili blokadanı yararaq parlamentə tərəf keçə bilib. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.
Qeyd edək ki, Tbilisidə seçkinin nəticələrinə qarşı mitinq noyabrın 24-də axşam saatlarında başlayıb.
Parlamentin yaxınlığındakı Respublika meydanına toplaşan nümayişçilər daha sonra parlament binasına doğru yürüş etmək qərarına gəliblər.