Close

Vitse-prezident dövlət başçısının öldürülməsinə göstəriş verib

Filippinin vitse-prezidenti Sara Duterte-Karpio ölkə Prezidenti Ferdinand Markos və onun həyat yoldaşını öldürmək üçün qatil kirayələyib.

TNS xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

"Mən ona dedim ki, əgər məni öldürsələr, prezidenti, arvadı Mariya Luizanı və Nümayəndələr Palatasının spikeri Martin Romualdesi öldür. Hamısını öldürənə qədər dayanma. Bu zarafat deyil. Mən artıq müqavilə bağlamışam”,- vitse-prezident mətbuat konfransında bildirib.

Bundan əvvəl Filippin hakimiyyəti vitse-prezidentin aparat rəhbəri Zuleyka Lopezi vitse-prezidentin mümkün qeyri-qanuni xərcləmələri ilə bağlı saxlayıb və Duterteyə qarşı dərhal müvafiq tədbirlər görməyə söz verib.