Pakistanda sünni-şiə qarşıdurması: 85 nəfər öldü
Pakistanın şimal-qərbində 4 gündür, davam edən tayfalararası qarşıdurmada ölənlərin sayı 85-ə çatıb.
TNS xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətinin paytaxtı Peşəvərdən 218 kilometr uzaqlıqda yerləşən Kurram bölgəsində vaxtaşırı şiə və sünni qrupların arasında çoxsaylı insan ölümü ilə nəticələnən toqquşmalar olur.
Əfqanıstanla sərhəddə yerləşən bölgədə 4 gündür, davam edən tayfalararası qarşıdurmada daha 12 nəfərin ölümü ilə həyatını itirənlərin sayı 85-ə çatıb.
Bölgədə son illərin ən qanlı qarşıdurması müşahidə olunur.
Hayber Paxtunxva əyalətinin sözçüsü Məhəmməd Əli Seyf mətbuata verdiyi açıqlamada qeyd edib ki, tərəflərlə danışıqlar və münaqişələrə son qoymaq üçün səylər davam edir.
Qeyd edək ki, noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib və hadisə nəticəsində azı 42 nəfər ölüb.
Hücumdan sonra bölgədə şiə və sünni qruplar arasında qarşıdurma yaranıb.
240 milyon əhalisi olan Pakistanda şiələr əhalininn təxminən 15 faizini təşkil edir.