Close

Məşhur avtomobil zavodunda işçilərin qeyri-adi ölümü

Cənubi Koreyanın Ulsan şəhərində yerləşən Hyundai Motors zavodunun 3 əməkdaşı avtomobili sınaqdan keçirərkən boğulub.

TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, zavodun təhlükəsizlik üzrə əməkdaşlarından biri avtomobillərin xüsusiyyətlərinin yoxlanıldığı laboratoriyanı uzun müddət heç kimin tərk etmədiyini müəyyənləşdirib. O, laboratoriyaya daxil olub və orada üç nəfərin boğulduğunu görüb.

Hadisə ilə bağlı aradırma başladılsa da, şirkət özü hələ baş verənlərlə bağlı şərh verməyib.